Avq 16, 2023 18:04 Asia/Baku

Nüfuzlu konqresmen Baydeni Əliyevə qarşı hərəkətə keçməyə çağırdı

Amerikalı məşhur konqresmen Bayden hökumətini Dağlıq Qarabağın blokadasına son qoymaq üçün adekvat tədbirlər görməyə çağırıb.

Konqresmen Adam Şiff Baydenə ünvanladığı məktubda ondan istəyib ki, şəxsən Əliyevə zəng edərək Laçın dəhlizinin blokadasına son qoymağı ondan tələb etsin.  

Konqresmen həmçinin yazıb: “Əliyevə xəbərdarlıq edilməlidir ki, blokada davam edərsə, Azərbaycana qarşı sanksiyaların tətbiqi, viza məhdudiyyətlərinin həyata keçirilməsi və ABŞ-ın xarici yardımının kəsilməsi də daxil olmaqla konkret tədbirlər görülə bilər.

Məktubda iddia olunub ki, Qarabağ ermənilərinin təcili yardıma ehtiyacı var və Əliyevin düşünülmüş və strateji planına uyğun olaraq günahsız mülki əhali getdikcə daha çox qida çatışmazlığından əziyyət çəkir. Elə bu dəqiqə 400 ton humanitar yardım daşıyan yük maşınları karvanı Azərbaycan tərəfindən bloklanıb və Qarabağa buraxılmır.

Adam Şiff həmçinin qeyd edib ki, ABŞ hökuməti, Avropa İttifaqı, BMT ekspertləri və Rusiya blokadanı pisləsələr və dəhlizin müntəzəm hərəkət üçün açılmasını tələb etsələr də, Azərbaycan aylardır bu cür bəyanatlara məhəl qoymur. Ona görə də Birləşmiş Ştatlar konkret addımlar atmalı və müxtəlif vasitələrdən istifadə edərək Azərbaycanı beynəlxalq hüquqa və nizam-intizamı bərpa etməyə məcbur etməlidir.

 

Teqlər