Avq 18, 2023 11:59 Asia/Baku
  • Ruben Vardanyan gənclərə hərbi təlimlər keçir

Azərbaycan Respublikasının Qarabağ ərazisində, erməni əhalinin Azərbaycan ordusuna qarşı hərbi təlimatına başlanılıb.

Publika.az xəbər verir ki, bu prosesi Ruben Vardanyan üzərinə götürüb.

Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb.

Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər.

Azərbaycan Respublikasının suveren ərazisində bu ölkənin ordusu və dövlətinə qarşə hərbi hazırlığı təmin edən Ruben Vardanyanın rəsmi Bakı tərəfindən cinayət işinə cəl edilməsi və təhvil verilməsi üçün heç bir addım atılmayıb. Rusiya vətəndaşı olan bu erməni milyonçunun digər separatçılar kimi Qarabağda fəaliyyət göstərməsi qeyri-qanuni olsa da rəsmi Bakıdan onlara qarşı qanuni addım atılmır.