ABŞ Ermənistanın suverenliyi və təhlükəsizliyini dəstəkləyir
https://azeri.sahartv.ir/news/qafqaz-i402757-abŞ_ermənistanın_suverenliyi_və_təhlükəsizliyini_dəstəkləyir
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Cermukda olub. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2023 10:07 Asia/Baku
  • ABŞ Ermənistanın suverenliyi və təhlükəsizliyini dəstəkləyir

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Cermukda olub. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Səfir Kuin yerli rəsmilərlə görüşmək və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətini müşahidə etmək üçün Dərələyəz bölgəsində olub. Səfir Dərələyəz qubernatoru, Aİ-nin müşahidə missiyası və yerli silahlı qüvvələrin nümayəndələri ilə görüşüb”,- məlumatda bildirilib.

Görüşlərdə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da iştirak edib. Səfir Kuin ABŞ-ın Ermənistanın suverenliyini və təhlükəsizliyini, eləcə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəkləməyə sadiq olduğunu vurğulayıb”, - ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatında deyilir.