Avq 19, 2023 18:59 Asia/Baku
  • “Lavrov planı” yayılıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağa inteqrasiya ilə bağlı 14 maddəlik təklif verib. Təkliflərin yer aldığı “Lavrov planı” adlı sənədi separatçıların nümayəndəsi Tiqran Petrosyan yayıb.

Lavrovun təklif planının bəndləri belədir:

 

1-Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi. 

2- Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısının alınması. 

3-Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər-hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi.

4- Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunmas. 

5- Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanmasında və qəbulunda iştirak. 

6- Dövlət qurumlarında, o cümlədən, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması.

7- Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı.

 8- İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi. 

9-  Erməni əhalisinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı.

 

10- Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı.

11-Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq.

12- Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi.

13-Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsubiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması.

 

14- Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması. 

Lavrovun təklif paketini ayrı-ayrı təhlil edən ekspert hesab edir ki,

nəticə etibarı ilə 14 maddədən ibarət olan sənəd çiy, əskik və qərəzlidir”.

Politoloq Qabil Hüseynli Lavrovun təklif etdiyi 14 sülh sənədini bütövlükdə Azərbaycanın suverenliyinə təhdid kimi dəyərləndirib.

Politoloq Turan Rzayev hesab edir ki, sənəddə əksini tapan 14 maddə cəlbedici görünsə də Azərbaycanın xeyrinə deyil. Hətta perspektivdə Azərbaycanın 1990-cı illərin siyasi xaos vəziyyətinə qaytara bilər.