Avq 23, 2023 16:21 Asia/Baku
  • Quru sərhəddi açın!

Artıq üç ilə yaxındır Azərbaycan Respublikası ilə quru əlaqələrinə imkan verilməyən Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək adamların bir-birinə gedib-gələ bilməsi üçün quru sərhədlərin açılmasını istəyiblər.

3 il öncə koronavirus pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan eləcə də Rusiya və İran arasında quru sərhədləri bağlanıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çoxdandır pandemiyanın bitdiyi elan edilsə də Azərbaycan Respublikası xalqı təcrid vəziyyətində saxlanılır.

Gürcüstanda yüz minlərlə azərbaycanlı, Azərbaycanda isə etnik gürcülər yaşayırlar. Onların çoxunu ailə bağları birləşdirir, lakin uzun müddətdir ki, bu yaxınlıqdan məhrumdurlar.

1 mindən çox adamın imzaladığı müraciətə Azərbaycanda yaşayan gürcülər də qoşulur, sənəddə qeyd olunur.

Müraciət gürcüstanlı hüquq müdafiəçisi, etnik azərbaycanlı Samirə Bayramovanın təşəbbüsü ilə tərtib edilib və sosial şəbəkələrdə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycanın bütün qonşu dövlətlərlə quru sərhədləri 24 mart 2020-ci il tarixindən vətəndaşlar üçün bağlıdır.

Qeyd edən ki, dünyada pandemiyaya görə insanların üzünə quru sərhədləri bağlayan ikinci ölkə yoxdur.