Sübhani: Bölgədə sərhədlərin dəyişdirilməsinə icazə verilməyəcək
https://azeri.sahartv.ir/news/qafqaz-i403048-sübhani_bölgədə_sərhədlərin_dəyişdirilməsinə_icazə_verilməyəcək
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizi barədə mövqeyini açıqlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 29, 2023 12:11 Asia/Baku
  • Sübhani: Bölgədə sərhədlərin dəyişdirilməsinə icazə verilməyəcək

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizi barədə mövqeyini açıqlayıb.

Dipomat bu barədə deyib: “Biz kommunikasiya yollarının yenidən açılmasının tərəfdarıyıq, lakin onlar Ermənistan hökumətinin nəzarəti altında olmalıdır. Zorla heç nə dəyişməyəcək”.

Onun sözlərinə görə, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı çox məsələləri ehtiva edir.

Bundan əvvəl İran prezidenti Seyid İbrahim Rəisi oxşar fikirlərlə çıxış edərək bildirmişdi ki, onun ölkəsi Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək.