Avq 30, 2023 18:51 Asia/Baku

Fransa lideri Emanuel Makron deyib ki, Azərbaycana qarşı daha güclü beynəlxalq təzyiq lazımdır.

 Fransanın "Le Figaro" qəzeti ötən həftə yazıb ki, Paris "aclıqdan ölmək üzrə olan" Qarabağın etnik erməni əhalisinə yardımın təmin edilməsini nəzərdə tutan qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşır.

Avqustun 28-də Azərbaycan XİN-in yaydığı bəyanatda Fransa prezidentinə deyildi ki, leksikonunda "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

Avqustun 29-da Makron Azərbaycan və Ermənistan liderlərinə zəng edib. Azərbaycan Prezidenti ilə Makron arasında baş tutan telefon danışığında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Sputnik.az-a müsahibəsində millət vəkili Elman Nəsirov  bildirib ki, BMT TŞ-nin daimi üzvlərindən biri ilan Fransa bu gün Fransa neo-kolonist ölkə kimi Afrika qitəsində etirazlarla üz-üzə qalıb. Fransa indi də əlini Cənubi Qafqaza uzatmaq istəyir. Onun bölgəmizə vəd etdiyi siyasət isə sülhün və təhlükəsizliyin təmin olunmasına deyil, qarşıdurma və ziddiyyətlərin daha da kəskinləşməsinə xidmət edir".

Elman Nəsirov qeyd edib ki, "Makron Ermənistanı müdafiə etməsini də erməni dilində ifadə edir. Makronun Azərbaycana qarşı fəaliyyəti gecə-gündüz davam edir. Qarabağda separatizmi yaradan Ermənistan respublikası separatçı rejimi müstəqil subyekt kimi qəbul etmədiyi halda, bunu dünyada edən yeganə dövlət Fransadır. Onun parlamentinin hər iki palatasıdır. Fransa hakimiyyətinin bütün qolları ermənipərəst mövqedə dayanıb".

Fransa prezidenti açıq-aşkar Qarabağdakı separatizmi dəstəkləsə də, bu digər qərb dövlətlərinin Azərbaycan Respublikasına qarşı ədalətli mövqe sərgiləmələri anlamına gəlmir. Onlar da dolayısı ilə Ermənistanı Azərbaycana qarşı təhrik edir, Qarabağdakı separatçıları ruhlandırırlar. Bunun son nümunəsi Belçikanın xarici işlər nazirinin regiona səfərində müşahidə olundu. Qafqaza səfərini Ermənistandan başlayan avorpalı nazir İrəvanda səfərinin məqsədinin erməniləri cəsarətləndirmək olduğunu dedi. Bakıya isə Qarabağdakı gərginliyə görə gəldiyini bildirdi. 

 

Teqlər