Ermənistan baş nazirinin müavini qonşu ölkədən şikayətləndi
“Azərbaycandan Ermənistanın sülh müqaviləsi təkliflərinə cavab yoxdur”
Ermənistan baş nazirin müavini Mher Qriqoryan jurnalistlərə bildirib ki, Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə hələ də cavab verməyib.
Avqustun 25-də baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı yeni təkliflər çatdırıb.
Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan tərəfini ermənilərə qarşı etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib.
Ani Badalyan özünün X mikrobloqunda yazıb: “Azərbaycanın yürütdüyü siyasət, Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində 120 min Dağlıq Qarabağ əhalisi yenidən öz doğma torpaqlarında etnik təmizləmə təhlükəsi ilə üzləşibdir”.
O, beynəlxalq ictimaiyyətdən bunun qarşısını almaq istiqamətində qətiyyətli səylər gözlədiyini qeyd edib.