Sen 05, 2023 14:53 Asia/Baku
  •  Peskov: Rusiya Ermənistanı tərk edə bilməz!

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya KİV-ə müsahibəsində Rusiya barədə bəyanatları tonuna görə qəbuledilməzdir, Moskvada bunlardan çox narazıdırlar.

Bu barədə TASS-a diplomatik mənbə bildirib.

Paşinyan bildirib ki, Rusiya Cənubi Qafqazdan uzaqlaşır, Ermənistanın öz təhlükəsizliyini Rusiya ilə bağlamasını strateji səhv adlandırıb.

TASS agentliyinin həmsöhbəti buna cavab olaraq deyib: “Moskva Ermənistan rəhbərliyinin son açıq bəyanatlarından, o cümlədən Ermənistan baş nazirinin İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibədəki fikirlərindən çox narazıdır, öz nöqsanlarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üstünə atmaq qəbuledilməzdir sayır”.

Adının açıqlanmasını istəməyən diplomat qeyd edib ki, Ermənistanın baş naziri Rusiyanın regiondan uzaqlaşmasının mümkünlüyünü bildirib. Əslində Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar, üstəlik bu məqsədin reallaşması üçün vasitə kimi İrəvandan istifadə edirlər. Rusiya Ermənistanın yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Ancaq bu, ikitərəfli küçə olmalıdır: Ermənistan Rusiyanı sıxışdırmaq üçün Qərbin silahına çevrilməməliydi”.

Öz növbəsində Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Paşinyanın rus sülhməramlıların missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil.

Onun dediyinə görə, Rusiya bu regionun tam tərkib hissəsidir və bu səbəbdən də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk etməyəcək.

 

 

Teqlər