Sen 05, 2023 16:52 Asia/Baku
  • Ermənistan XİN: Laçın dəhlizinin alternativi yoxdur!

Ermənistan Xarici işlər nazirliyi bildirib ki, Laçın dəhlizi Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yolu kimi razılaşdırılıb və onun alternativi yoxdur.

Ermənistanın xarici siyasət idarəsi vurğulayıb ki, Laçın dəhlizi açılmalı və digər mümkün kommunikasiyalara gəlincə, bu, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmi çərçivəsində həll edilməlidir.

Artıq 8 gündür ki, Bakı 40 ton un yardımını Ağdam üzərindən Xankəndinə çatdırmağa çalışır, lakin separatçılar yolu kəsiblər.

Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, bu dövlətin Laçın dəhlizi ilə bağlı mövqeyi dəyişməyib.