Qartal Tərəfdaş 2023 təlimləri niyə keçirilir?
Pentaqon Ermənistan qoşunları ilə birgə təlimin təfərrüatını açıqlayıb
Pentaqon qarşıdan gələn “Qartal tərəfdaş 2023” Ermənistan-ABŞ birgə hərbi təlim proqramı ilə bağlı təfərrüatları açıqlayıb.
ABŞ ordusunun sözçüsü Reuters-ə bildirib ki, 85 ABŞ əsgəri və 175 erməni təlimlərdə iştirak edəcək. Onun sözlərinə görə, amerikalılar, o cümlədən Ermənistanla 20 illik təlim tərəfdaşlığı olan Kanzas Milli Qvardiyasının üzvləri tüfənglə silahlanacaq və ağır silahlardan istifadə etməyəcək.
Xatırladaq ki, Ermənistan ABŞ ilə birgə Qartal Tərəfdaş 2023 təlimlərinə ev sahibliyi edəcək.
Ermənistan Müdafiə Nazirliyi hərbi təlimlərin sentyabrın 11-dən 20-dək keçiriləcəyini bildirib.
Bu məlumata əsasən, təlimlər sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqlarını əhatə edir. Təlimi keçirməkdə məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yoxlamaq, nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistandan olan bölmənin hərbi əməliyyatlara hazırlığını artırmaqdır.
Ermənistanın Müdafiə Nazirliyi əlavə edir ki, sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr tez-tez tərəfdaş ölkələrdə analoji birgə təlim və təlimlərdə iştirak edirlər.
Hərbi təlimlərin Ermənistan-Rusiya arasındakı söz atışması və qarşılıqlı ittihamların irəli sürülməsi fonunda keçirilməsi diqqət çəkməkdədir.
Ermənistanın baş naziri Nikol Paşinyan son günlər İtaliya mediyasına verdiyi müsahibəsində Rusiyanın cənubi Qafqazdakı fəaliyyətini kəskin tənqid edib. O Rusiyanı regionu tərk etmək məcburiyyətində olduğunu bildirib.