Sen 08, 2023 15:06 Asia/Baku
  • Ermənistan və Azərbaycan növbəti döyüşəmi hazırlaşırlar?

Son günlər Azərbaycan Respubliksı və Ermənistan arasında atəşkəsin pozulması barədə qarşılıqlı ittihamlar daha da artıb. Belə bir şəraitdə sosial şəbəkələrdə hər iki tərəfin hərbi hazırlıqları barədə məlumatlar və videolar yayılır.

Azərbaycan Respublikası və Ermənistan tərəfindən təmas xəttində qarşı tərəfin hərbi hazırlıq vəziyyətinə gətirildiyi barədə hərhansı rəsmi məlumat olmasa da, virtual fəzada geniş şayiələr yayılmaqdadır.

Erməni istifadəçilərin sosial şəbəkələrdə yaydığı videolarda Ermənistan Silahlı Qüvvələrinin "Smerç" yaylım atəşli sistemləri və digər hərbi texnikanı Azərbaycanla sərhədə çıxardıqları görünür.

Eyni zamanda, azərbaycanlı istifadəçilər hərbi texnika kolonlarının hərəkətinə dair video yayırlar.

Bu arada Ermənistanın müdafiə naziri Suren Papikyan dünəb Fransanın Ermənistandakı səfiri Olivier Decottignies ilə regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşüb.

 

Nazir səfirə Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət barədə məlumat verib.

 

Azərbaycan Müdafiə Nazirliyi isə bu gün məlumat yayaraq Sentyabrın 8-i saat 00:25 radələrində Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstərdiyini ancaq Azərbaycan ordusu tərəfindən bunun qarşısının alındığını bildirib.

Qarabağdakı separatçılar isə bunu təxribat adlandırıblar və iddia ediblər ki,

 

“Azərbaycan Müdafiə Nazirliyi yalan mesajlar yaymaqla yeni təxribat üçün informasiya zəminini hazırlamağa davam edir.”