Sen 09, 2023 14:12 Asia/Baku
  • Ermənistan Azərbaycanla müzakirələrə davam etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə Azərbaycanla həll edilməmiş bütün məsələlərin sırf siyasi və diplomatik yollarla həllinə sadiqdir.

Bəyanatda deyilir: “Ermənistanın təxribatlar hazırlaması ilə bağlı deyilənlər tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz gərginliyin azaldılması üçün əvvəllər təklif etdiyi mexanizmləri müzakirə etməyə hazırdır”.

Nazirlik regionda sabitlikdə maraqlı olan bütün tərəflərin diqqətinə çatdırıb ki, Ermənistan Respublikası ən qısa zamanda Azərbaycanla müzakirələrə qayıtmaq istəyir.

 

Teqlər