İrəvan – Moskva arasında gərginliyin artması fonunda yeni şayiə yayılıb
Rusiya Ermənistanda çevriliş hazırlayır?
Paşinyana yaxın hesab edilən “Baqramyan 26” teleqram kanalı Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdlularının köməyi ilə Ermənistanda dövlət çevrilişi hazırladığını iddia edib.
Materialda deyilir ki, Priqojinin ölümü zamanı Ermənistanda Vaqnerin 3000-ə yaxın döyüşçüsü var idi. Bu yaxınlarda isə onlara əsasən etnik ermənilərdən olan 2000-ə yaxın müqaviləli əsgər qoşulub.
Məlumatda qeyd olunur ki, Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi seçməkdə səhv olması və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə icazə verib.
İddiaya əsasən, bu planın məqsədi ölkədə mövcud olan Vaqner yaraqlılarından istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Xüsusilə də, Putin üçün “son damla” erməni-amerikan birgə hərbi təlimləri oldu. Lakin rusiyanın Paşinyanın yerinə layiqli namizədləri yoxdur. Eyni zamanda İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin mövcudluğunu nəzərə alsaq, uğur ehtimalı olduqca aşağıdır. Bununla belə, Dağlıq Qarabağın təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində sabitliyin pozulmasına diqqət yetirilir.