Sen 09, 2023 14:44 Asia/Baku
  • Azərbaycan XİN: Qondarma seçki son dərəcə təxribatçı addımdır

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Qarabağda qeyri-qanuni qurumun seçki oyunu son dərəcə təxribatçı addımdır.

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda qəbuledilən deyil.

Qarabağ separatçılarının lideri Araik Arutyunyan avqustun 31-də "prezident" vəzifəsindən istefa verib. Bu barədə o, Facebook səhifəsində yazmışdı. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında qəbul edib.