Sen 13, 2023 14:19 Asia/Baku
  • Rusiya Ermənistanın ABŞ-la hərbi təlimlərini qəzəblə izləyir

Peskov: Ermənistanın KTMT ilə təlimlərdən boyun qaçırması sual doğurur

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Kreml Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsini təhlil ecədək.

Dmitri Peskov bu haqda əlavə edib: “Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və amerikalılarla təlimlər təşkil etmək istəyini bəyan etməsi çox dərin təhlil tələb edən qərarlardır. Təhlil edilməlidir ki, İrəvan niyə məhz belə qərarlar verdi, hansı məqsədlər güddü”.

Qeyd edək ki, “Qartal tərəfdaşı 2023” adı ilə tanınan 10 günlük təlim sentyabrın 11-də guya Ermənistanı beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaq məqsədi ilə başlayıb.

Təlimə 85 Amerika əsgəri və 175 erməni əsgərinin qatıldığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, bu təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin əməkdaşlıq səviyyəsini artırmaq, nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

“Reuters” bu təlimlə bağlı yazıb: “Miqyası kiçik olsa da, bu təlim Ermənistanda hərbi bazası olan və özünü Qafqaz regionunda təhlükəsizliyin əsas təminatçısı hesab edən Rusiyanı qəzəbləndirib.”

 

 

 

Teqlər