Sen 14, 2023 16:04 Asia/Baku
  • Gürcüstan Ukraynadan nəticə çıxardı?

ABŞ hökuməti Gürcüstan ərazisində hərbi baza qurmağı planlaşdırmır. Bu barədə ABŞ-ın Tiflisdəki səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatında deyilir ki, ABŞ-Gürcüstan münasibətləri uyğunluğun artırılmasına, sonrakı təcavüzün qarşısını almaq və onun suverenliyini qorumaq üçün Gürcüstanı dəstəkləməyə əsaslanmaqda davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır.

Qeyd edək ki, iki gün öncə “Mtavari Arxi” telekanalı öz mənbələrinə istinadən bildirib ki, ABŞ-ın müdafiə naziri Lioyd Ostin Gürcüstan hökumətinə ölkədə Amerika hərbi bazasının yaradılmasını təklif etsə də rəsmi Tiflis bundan imtina edib.

Xatırladaq ki, Gürcüstanda Sorus fondu vasitəsi ilə məxməli inqilab yaradan qərb, özünün cənubi Qafqazdakı maraqları istiqamətində Rusiya ilə rəqabət meydanında Gürcüstanı Moskvanın hədəfinə çevirdi. Gürcüstana dəstək vədləri ilə bu ölkəni qonşusu Rusiya ilə qarşıdurmaya sürükləyən NATO üzvləri, Rusiyanın hərbi müdaxilələri qarşılığında Tiflisi təkbaşına buraxdılar. Bunun nəticəsində Gürcüstan bəzi ərazilərini itirdi.

Teqlər