Sen 18, 2023 13:51 Asia/Baku
  • Laçın dəhlizi, razılaşmanın Axilles dabanına çevrilib - AKTUAL

İkinci Qarabağ Müharibədən sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında qalan ən çətin problemlərdən biri Laçın keçidinin qurulması və orada nəzarət-buraxılış məntəqəsinin yaradılması mexanizmi oldu. Bu məsələ sülh prosesinə kölgə salıb.

Qərb, Avropa və Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam etdiyi bir vaxtda Ermənistanı Dağlıq Qarabağa birləşdirən yeganə yol olan Laçın dəhlizində gediş-gəliş məhdudiyyətinin tətbiq edilməsi münaqişənin yenidən alovlana biləcəyi barədə narahatlığı artırıb.

Bütün tərəflər iddia edirlər ki, İrəvan və Bakı arasında sülhün əldə olunması üçün müxtəlif diplomatik kanallardan istifadə edirlər. Hazırda əsas məsələlərdən biri Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsi, digəri isə iki ölkə arasında nəqliyyat əlaqəsinin tənzimlənməsidir.

Bu yaxınlarda Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə iki ölkə liderləri Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəsi ilə birləşdirəcək dəmir yolu xətlərinin yenidən açılmasına dair razılığa gəliblər. Bu çərçivədə Sovet dövründən qalan dəmir yolu xətti bərpa olunmalıdır. Bu dəmir yolu xəttinin yaradılması əlbəttə ki, bölgədə əməkdaşlığın simvolu ola bilər və Azərbaycan ilə Ermənistan arasında gələcək diplomatik və iqtisadi əməkdaşlığa potensial olaraq yol aça bilər.

Digər tərəfdən İrəvan və Dağlıq Qarabağın indiki rejimi də gərginliyi azaltmaq üçün tədbirlər görə bilər. Bununla əlaqədar olaraq onlar Bakının iddia etdiyi kimi, silahların Azərbaycan ərazisinə daxil olmadığını nümayiş etdirə bilərlər.

Görünən odur ki, nə Azərbaycan Respublikası, nə də Ermənistan hakimiyyəti Qarabağ bölgəsində münaqişəni davam etdirmək arzusunda deyillər və uyğun şəraitin yaradılması və tərəflərin şərtlərinin həyata keçirilməsi ilə sülhün bərqərarnı gözləmək olar. Burada əsas məqam 10 noyabr razılaşması çərçivəsində Laçın dəhlizinə Azərbaycanın nəzarətini tanımaq və iki qonşu dövlətin qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə sadiq qalmasıdır.