Yan 13, 2025 10:53 Asia/Baku
  • Çili İsrail əsgərini müharibə cinayətlərinə görə mühakimə edəcək

Sionist əsgərlərdən biri ona qarşı açılan müharibə cinayətləri səbəbilə Braziliyadan qaçdıqdan sonra oxşar hadisə Çilidə baş verib.

Sionist əsgərin hərbi cinayətlər törətdiyinə görə istintaqa başlandıqdan sonra Braziliyadan qaçması xəbəri yayıldığı bir vaxtda bununla bağlı başqa bir Cənubi Amerika ölkəsində də oxşar hadisə baş verib.

Belə ki, Çili Vəkillər Kollegiyasının 620 üzvü terr*rçu İsrail rejiminin əsgərini Qəzzədə hərbi cinayətlər törətməkdə ittiham edib.Kollegiya onun dərhal həbs olunmasını tələb edib.

“Fələstində hərbi cinayətlər törətməkdə” günahlandırılan İsrail terr*r rejiminin əsgərlərinə qarşı məhkəmə prosesini davam etdirmək üçün bu işi öz öhdəsinə götürmüş Hind Rəcəb Fondu şübhəli əsgərin Çilidə olduğunu təsdiqləyib.

Təşkilat sionist əsgərə qarşı dərhal hüquqi tədbirlərin görülməsinə çağırıb.Sionist “Yedioth Ahronoth” qəzeti də Nelson Həddadın vəkilinin mətbuat konfransında təsdiqlədiyini yazıb.

Təşkilat əsgərin hərbi cinayətlər törətməkdə ittiham edilərək Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını təmin etmək üçün qabaqlayıcı tədbir kimi lazımi istintaqın aparılmasını və dərhal həbs edilməsini tələb edərək şikayət edib.İşi üzərinə götürən vəkil açıqlamasında deyib:"Bu, çox vacib məsələdir və biz məsuliyyətli olmalıyıq və Qəzzədə cinayət törətdikdən sonra bu insanların Pataqoniyada istirahətindən həzz almasını qəbul edə bilmərik"

Teqlər