İrəvanda aksiyalar davam edir
İrəvanda etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib
İrəvanda keçirilən etiraz aksiyalarında dünən axşam 30 nəfərin saxlanıldığı bildirilir. Nümayişçilərə qarşı polisin tədbirlərinə rəğmən aksiyanın bu gün də davam etdiyi deyilir. Paşinyan isə etirazçıları ölkənin suverinliyi və ərazi bütövlüyündən imtina etməkdə ittiham edib.
Ermənistan hökumət binası yaxınlığında dünən keçirilən etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə, 2 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bu barədə "Sputnik Armenia" xəbər yayıb.
Qeyd edək ki, ötən gün İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb.
Bu gün isə İrəvanda parlament binası qarşısında etiraz aksiyasının keçirildiyi barədə məlumatlar yayılır. keçirilir. Etirazçılar hakimiyyətin siyasətindən imtina edirlər.
Onlar hökumətin istefaya getməsini və yeni Nazirlər Kabinetinin qurulmasını tələb edirlər.
Etirazlarla eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciət edib.
“Regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir”- deyən Paşinyan sözlərinə belə davam edib: “Bu yol asan deyil, həm xarici, həm də daxili təlatümlərdən keçir. Amma biz müstəqillik, dövlətçilik, gələcək naminə məhz bu yolu keçməliyik”.
Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
N.Paşinyan əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.