İqor Korotçenko:
Qərbin cavabı özünü gecikdirməyəcək
Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə Qərbin (ABŞ-Fransa-AB) cavabı çox yaxın gələcəkdə özünü göstərəcək. Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Korotçenkoya görə, onlar Gürcüstanda sabitliyi pozmaq və orada “rəngli inqilab” təşkil edib İrakli Qaribaşvili hökumətinin zorla aradan götürülməsinə cəhd edəcəklər.
“Bu, Azərbaycan, Türkiyə və Rusiyanın eyni zamanda geosiyasi və iqtisadi maraqlarına zərbə olmalıdır, baxmayaraq ki, sadalanan ölkələrin hər biri fərqli şəkildə zərər çəkəcək.
İqor Korotçenko yeni təhdidləri qiymətləndirmək və Qərb alyansının planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya Təhlükəsizlik Şurası rəhbərlərinin/kəşfiyyat xidmətlərinin katiblərinin təcili olaraq qeyri-rəsmi qapalı görüş keçirmələrini təklif edib.