Vardanyan saxlanıldı, Bakıya gətirildi
Sen 27, 2023 15:49 Asia/Baku
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə onun Bakı şəhərinə gətirildiyi bildirilir.
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.