Bakıdan etnik ermənilərlə bağlı öhdəliyinə sadiq qalması istənilir
https://azeri.sahartv.ir/news/qafqaz-i404044-bakıdan_etnik_ermənilərlə_bağlı_öhdəliyinə_sadiq_qalması_istənilir
Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 30, 2023 10:28 Asia/Baku
  • Bakıdan etnik ermənilərlə bağlı öhdəliyinə sadiq qalması istənilir

Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Bu barədə məhkəmənin məlumatında bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib.

Ermənistan məhkəməni Azərbaycanın “birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır.