Roma Statutu ratifikasiya edildi; Rusiyadan nə gözlənilir?
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub.
Ermənistan parlamenti Roma Statutunu 62 lehinə səslə ratifikasiya edib.
Ermənistan Respublikası Milli Assambleyasının deputatı Eduard Ağacanyan deyib ki, Ermənistanın Roma Statutunun ratifikasiya olunacağı təqdirdə Rusiyanın müəyyən addımlar atacağına inanmağa əsası yoxdur. Onun sözlərinə görə, bu addımın Ermənistanla Rusiya arasında ikitərəfli əməkdaşlığa heç bir aidiyyatı yoxdur və bu barədə Ermənistan rəsmiləri rusiyalı həmkarlarına məlumat veriblər. Eyni zamanda, Ermənistan tərəfi bununla bağlı bəyanatlar və daxil olan reaksiyalarla tanışdır.
"İrəvanın mövqeyi dəyişməz olaraq qalır, Ermənistan suveren dövlətdir və biz müstəsna olaraq ölkəmizin dövlət maraqlarını rəhbər tutmalıyıq", - Ağacanyan bildirib.
Jurnalistlər Rusiya Federasiyası tərəfindən müəyyən tədbirlər görülsə İrəvanın nə edəcəyini soruşduqda Ağacanyan qeyd edib ki, hakimiyyət buna uyğun reaksiya verəcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyası qəbuledilməzdir və ikitərəfli münasibətlər üçün mənfi nəticələr verəcək.
Ermənistan Roma Statutunu 1998-ci ildə imzalayıb.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.
Son günlər Rusiya prezidentinin Ermənistana səfərinin planlaşdırıldığı barədə məlumat yayılmışdı.
Kreml sözçüsü Dmitri Peskov bu gün bir bəyanatda bildirib ki, “Kreml Rusiya Prezidenti Vladimir Putinin nə vaxtsa müttəfiq Ermənistana səfərindən imtina etməsini istəməzdi.”
Peskov qeyd edib ki, Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün addım hesab etmir.