Okt 15, 2023 12:35 Asia/Baku
  • Samvel Babayan: Qarabağa “muxtar statusu

Buraxılmış qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “səlahiyyətlilərindən” olan Samvel Babayan İrəvanda Qarabağ mövzusu ilə gündəmi zəbt edib.

S.Babayan bildirib ki, Qarabağa “muxtar vilayət” statusu verilməyəcəyi halda ermənilərin geri qayıtması mümkün deyil.

2020-ci il savaşından sonra özünü Azərbaycanla danışıqlar tərəfdarı kimi göstərən separatçı həmçinin keçmiş qondarma qurumun başçısı Samvel Şahramanyanın “DQR”-nın ləğvi ilə bağlı fərmanını etibarsız sayaraq deyib ki, yeganə legitim orqan parlamentdir.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Qarabağ ermənilərinə heç bir status verilməyəcək.