Avropa Qarabağa nümayəndə göndərir
30 ildir öz doğma yurdundan didərgin düşən 1 milyon azərbaycanlının hüquqları ilə bir dəfə də olsun maraqlanmayan Avropa Şurası, Qarabağdan köçən ermənilərin hüquqlarının araşdırılması üçün regiona nümayəndə göndərir.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç oktyabrın 16-23-də Ermənistan və Azərbaycanda, o cümlədən Qarabağ regionunda səfərdə olacaq. Səfər zamanı münaqişədən zərər çəkən adamların hüquqları ilə bağlı vəziyyətə diqqət yetiriləcək.
Avropa Şurasının press-relizinə görə, komissar dövlət məmurları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşlər keçirəcək.
Səfərin yekunlarına dair bəyanat dərc olunacaq.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası son günlər Azərbaycan Respublikasına qarşı sərt qətnamə qəbul etdi. Həmin qətnamədə rəsmi Bakıya qarşı Qarabağdakı ermənilərin hüquqlarının kobud şəkildə pozulması və onların məcburi köçürülməsi barədə ciddi ittihamlar səsləndirildi.