Noy 11, 2023 11:24 Asia/Baku
  • Paşinyanın 3 prinsipi nədən ibarətdir?

Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirələrində bildirib.

O, prinsiplərin nədən ibarət olduğunu açıqlayaraq deyib: “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.

İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri 1975-ci il Sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.

Üçüncü prinsip ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində regional kommunikasiyaların açılmasına aiddir”.