Ermənistan öz suverenliyinin məhdudlaşdırılmasına razılılıq vermədiyini deyir
Zaxarova: Azərbaycanla Naxçıvan arasındakı yola Rusiya nəzarət etməlidir
Azərbaycanla Naxçıvan arasındakı yola Rusiyanın nəzarət etməsi məsələsi mübahisə doğurub. Ermənistan deyir ki, heç vaxt, heç bir sənəddə öz suverenliyinin məhdudlaşdırılmasına razılıq verməyib.
Noyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yerli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Üçtərəfli Bəyanatda Rusiyanın rolu dəqiq yazılıb. Həmin razılaşmaya müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir.
İrəvan isə Rusiyanın bu istəyinə qarşı olduğunu deyir.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Zaxarovaya cavabında deyib: “Ermənistan heç vaxt, heç bir sənəddə öz suverenliyinin məhdudlaşdırılmasına razılaşmayıb və suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti qurula bilməz”.