Fransa gürcüstan yolu ilə Ermənistana silah daşıyır
Noy 12, 2023 15:20 Asia/Baku
Fransadan göndərilən hərbi texnika Gürcüstandan keçərək Ermənistana tərəf istiqamətlənib. Bu barədə “Kaliber” məlumat yayıb.
Bildirilib ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Gürcütanın Ermənistana silah daşınması üçün qapalı olduğu deyilirdi. Bəzi analitiklərin qənaətinə görə Fransa silahlarının Gürcüstan üzərindən Ermənistana daşınması göstərir ki, qərb blokunda yer almaq istəyən cənubi Qafqazın bu iki xristian ölkəsi bundan sonra Avropanın və qərb dövlətlərinin layihələrində birgə yer alacaq, biri biri ilə bərabər addımlayacaqlar.