Gürcüstan-Ermənistan hərbi əməkdaşlıqları genişlənir?
Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Ermənistana səfər çərçivəsində Papikyanla qarşıdakı il üçün hərbi əməkdaşlıq sahəsində saziş imzalaması mümkündür.
“Sputnik Armeniya” Ermənistan və Gürcüstan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirir:
“Nazirlər sonuncu dəfə 2022-ci ilin mayında Ermənistanın müdafiə naziri Suren Papikyanın Tiflisə rəsmi səfəri zamanı ikitərəfli sənəd imzalayıblar. Ona görə də ola bilsin ki, bu dəfə ikitərəfli görüşdə Burçuladze və Papikyan 2024-cü il üçün əməkdaşlıq müqaviləsi bağlasınlar. Bir qayda olaraq, əməkdaşlıq sazişi ikitərəfli strateji, yüksək səviyyəli səfərləri, hərbi təhsil və hüquq sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur. Tərəflər əsas istiqamətlər - strateji planlaşdırma, təhsil, tibb, hərbi polis üzrə razılığa gəlib”,- Məlumatda deyilir.
Səfərin səfir Sumbatyanın müdafiə nazirinin müavini Lela Çikovani ilə görüşdən sonra baş tutmasına xüsusi diqqət çəkilib:
“Maraqlıdır ki, gürcü rəsminin səfəri Tiflisdəki səfir Aşot Smbatyanın Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani ilə görüşündən dərhal sonra baş tutub. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib və mövcud proqramlar nəzərdən keçirilib. Nazirlərin görüşü isə həm Tiflis, həm də İrəvan üçün mühüm əhəmiyyət kəsb edir. Regionun təhlükəsizlik arxitekturasında aparıcı rola iddialı olan Gürcüstan Ermənistanın baxışını bilməlidir. Həmçinin Ermənistan və Gürcüstan arasında müdafiə dialoqunu inkişaf etdirmək lazımdır”,-
Son günlər Fransa Ermənistana 20-dən çox “ACMAT Bastion” zirehli texnikası göndərdi. Həmin silahların Gürcüstanın Poti limanı vasitəsilə Ermənistana daşınması təsdiq edildi.
Poti limanının əməliyyat şirkətinin mövzu ilə bağlı bəyanatında belə deyilir:
“Bu yük AB ölkəsi olan Fransadan gəlib və sanksiyaların tətbiq olunmadığı Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olmadığı üçün “APM Terminals Poti” sanksiyalar altında olmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina edə bilməz”.