Noy 17, 2023 16:29 Asia/Baku
  • Ermənistanın BCM-yə qoşulması prosesi başa çatıb

Ermənistan Roma Statutunun ratifikasiya sənədini saxlanması üçün BMT-yə təqdim edib.

Bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna öz “X” hesabında paylaşım edib.

“Və budur, hazırdır, Ermənistan ratifikasiya sənədini BMT-yə təqdim etdi. İndi Ermənistan ərazisində törədilmiş hərbi cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxıla bilər”, - deyə paylaşımda qeyd edilib.

Paşinyan bir müddət əv­vəl “Politico Europe” nəşrinə müsahi­bəsində Roma əsasnaməsinin ölkəsi­nin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. O, fikrini belə əsaslandırmışdı ki, Ermənistanın hazırkı təhlükəsizlik alətləri tələbat­lara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir. Paşinyan demiş­di ki, sənədin köməyi ilə Azərbaycanı məsuliyyətə cəlb edəcək. 

Qeyd edək ki, ötən gün BMT-də ratifikasiya sənədinin saxlanması üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib. İlkin ratifikasiyanı BMT-nin Beynəlxalq Müqavilələr Departamentinin rəhbərinə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mger Markaryan verib. Sənədin orijinalının təhvil verilməsi ilə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması prosesi başa çatıb.
Bununla Ermənistan BCM-nin nizamnaməsinə qoşulan 124-cü ölkə olub.

 

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur.

Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırıminsanlığa qarşı cinayətlərmüharibə cinayətləri və təcavüz cinayətləri.

 

 

Teqlər