Noy 23, 2023 12:56 Asia/Baku
  • Azərbaycanla Ermənistan sərhəddində görüş keçiriləcək

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.

Regiondan kənar güclərin Azərbaycanla Ermənistan arasında hərhansı vasitəçilik səylərində qərəzli niyyətlərə malik olduqlarını nəzərə alaraq 30 il müddətində münaqişə yaşamış Bakı və İrəvan üçün ən məqsədəuyğun yol qonşuların bu sahədəki potensialından faydalanmaq yaxud da vasitəsiz və birbaşa görüşlərin sayını artırmaqdır.

Bəzi siyasi analitiklərə görə, qərb dövlətləri buna mane olmağa çaılşırlar və məhz buna görə də, Azərbaycan Respublikası ilə Ermənistan arasında qarşılıqlı və regional mənafeləri əhatə edəcək hərhansı razılaşma və sülh müqaviləsini əngəlləməyə cəhd göstərirlər.