Paşinyan Azərbaycanın İranla birgə tranzit layihəsinə münasibət bildirdi
https://azeri.sahartv.ir/news/qafqaz-i405916-paşinyan_azərbaycanın_İranla_birgə_tranzit_layihəsinə_münasibət_bildirdi
“Bakı yolun İrandan çəkilməsinə üstünlük verdi, Ermənistanın təklifini bəyənmədi”
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 27, 2023 11:06 Asia/Baku
  • Paşinyan Azərbaycanın İranla birgə tranzit layihəsinə münasibət bildirdi

“Bakı yolun İrandan çəkilməsinə üstünlük verdi, Ermənistanın təklifini bəyənmədi”

Ermənistanın baş naziri Azərbaycan Respublikasının İranla birgə tranzit layihəsinə münasibət bildirib.

Nikol Paşinyan deyib ki, Ermənistanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsi Azərbaycan tərəfini maraqlandırmadı. Rəsmi Bakının birinci reaksiyası odur ki, onlar artıq o layihədə maraqlı deyillər, çünki Azərbaycan İranla kommunikasiyaları həyata keçirməyə üstünlük verib.

Onun sözlərinə görə, “Sülh kəsişməsi” layihəsi həyata keçiriləcəyi təqdirdə Ermənistan Respublikası ərazisində gömrük və sərhəd nəzarəti Ermənistan sərhədçiləri və gömrükçüləri tərəfindən həyata keçirilməlidir.