Noy 28, 2023 12:27 Asia/Baku
  • Blinken Əliyev və Paşinyanla danışdı

Rəsmi Bakının faktiki olaraq Fransa və ABŞ-ın vasitəçiliyindən imtina etməsinə baxmayaraq, Vaşinqton hələ də sülh təşəbbüskarlığını Rusiyanın əlindən çıxarmaq cəhdlərini davam etdirir.

Bununla əlaqədar ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu barədə jurnalistlərə deyib: “Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinə sadiqliyinə görə prezident İlham Əliyevə təşəkkür edib. O bildirib ki, uzun müddətdir davam edən münaqişə həm Azərbaycana, həm də Ermənistana əziyyət verib. Ona görə də sülh sazişi regiondakı hər kəsə fayda verəcək”.

Blinken Paşinyanla isə ABŞ-ın sülh müqaviləsinə nail olmaq səylərinə dəstəyini müzakirə edib: “Dövlət katibi ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini vurğulayıb”, - deyə Metyu Miller vurğulayıb.

 

Teqlər