Leonid Kalaşnikov:
“Qərb gərginliyi artırmaq üçün Ermənistana silah verir”
Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz. Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.
“Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var. Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər. Sual budur: onlar nə üçün silahla təmin edirlər?”-deyə soruşan Leonid Kalaşnikov bu sualı belə cavablandırıb: “Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir.”
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri xatırladıb ki, qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir: “Onlar üçün bu gün Rusiyanın ətrafında yandırmaq istədikləri bir neçə “qaynar nöqtə” var”,- Leonid Kalaşnikov deyib.
Qeyd edək ki, Ermənistanla Azərbaycan Respublikası arasında davamlı sülh üçün şəraitin yaranmasından sonra ABŞ və Fransa başda olmaqla qərb dövlətləri regiona nüfuzlarını itirəcəklərindən nigarandırlar. Məhz buna görə də, barışıq prossesini əngəlləməyə çalışırlar.