Sülhməramlılar Qarabağda nə edir?
Rusiya Müdafiə Nazirliyi açıqlama verdi
Dek 02, 2023 15:16 Asia/Baku
Rusiya sülhməramlı kontingenti Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir.
Rusiya MN-in günlük bülletenində bildirilib ki, Rusiya sülhməramlı kontingentinin “məsuliyyət daşıdığı ərazidə” atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Qeyd olunur ki, mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Bir müddət əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik demişdi ki, Qarabağda etnik ermənilərin sayı, regionda qalan insanlara görə, 50-1000 arasında ola bilər. Bu rəqəm doğru olarsa, rusiyalı sülhməramlıların 18 müşahidə məntəqəsində qalması ciddi suallar doğura bilər.