Dek 09, 2023 18:08 Asia/Baku
  • Ermənistan sülh danışıqlarında Qərbə etibar edir

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bəyan edib ki, Ermənistan sülh danışıqlarının Vaşinqton və Brüsseldə davam etdirilməsinə üstünlük verir.

Komitə sədri jurnalistlərə açıqlamasında deyib: “Ermənistan ümid edir ki, Vaşintonda danışıqların davam etdirilməsi üçün ABŞ Azərbaycana kifayət qədər təzyiq göstərəcək”.

Xandanyan Ermənistanın Moskvada danışıqlara hazır olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Mən bildiyimə görə, danışıqların Moskvada aparılması ilə bağlı konkret vaxt çərçivələri və ya təkliflər yoxdur. Danışıqların məntiqinin davamlılığının təmin edilməsi çox vacibdir və bu məntiq əsasında xarici işlər nazirləri arasında danışıqlar Vaşinqtonda, sammitlər isə Brüsseldə keçirilməlidir”.