Mariya Zaxarova:
Üçtərəfli razılaşmaları inkar etmək təhlükəlidir
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar qüvvədə qalır və onları inkar etmək cəhdləri son dərəcə təhlükəlidir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsidir. ... Bu müqavilələr qüvvədə qalır, "Tərəflərdən heç biri imzasını geri götürməyib", - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytındakı şərhində bildirib.
Rusiya Xarici İşlər Nazirliyində qeyd ediblər ki, Bakı və İrəvan arasında sülh müqaviləsi olmadığı halda üçtərəfli razılaşmalardan imtina etmək cəhdləri son dərəcə təhlükəlidir.
“Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək”, - o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyindən qeyd ediblər ki, Moskva da yaxın vaxtlarda Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə danışıqların Rusiyada təşkili təklifini təsdiqləyib.