Dek 16, 2023 12:46 Asia/Baku
  • Simonyan: Ermənistan KTMT-dən çıxa bilər

Ermənistan Milli Məclisinin spikeri KTMT-ni “cinayətkar fəaliyyətsizlikdə” ittiham edib və ölkəsinin bu qurumdan çıxa biləcəyinə eyham vurub.

Alen Simonyan deyib: “Ermənistanın xarici siyasətində ciddi dönüş olarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilərik və belə bir qərar qəbul edilərsə, Ermənistan xalqına bu barədə məlumat veriləcək”.

Gümrüdə jurnalistlərin suallarına cavab verən Simonyan daha sonra deyib: “Bir sıra hallarda KTMT Ermənistana münasibətdə ən azı cinayətkar hərəkətsizlik nümayiş etdirib. Biz KTMT əsgərlərinin bura gələrək azərbaycanlılara güllə atacağını gözləmirdik. Amma biz ən azı vəziyyətin siyasi qiymətləndirilməsini görmək istəyirdik, lakin bunu görə bilmədik”.

Simonyan qeyd edib ki, KTMT və Rusiya Azərbaycanın 2021-ci ildə sərhəd boyunca hərbi əməliyyatlarını pisləməkdən imtina etdi.