Mixail Qaluzin: Cənubi Qafqazdakı problemləri “3+3” formatı ilə həll etmək olar
https://azeri.sahartv.ir/news/qafqaz-i406540-mixail_qaluzin_cənubi_qafqazdakı_problemləri_3_3_formatı_ilə_həll_etmək_olar
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Cənubi Qafqazdakı problemləri yalnız bölgə ölkələri, yəni “3+3” formatı həll edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2023 17:07 Asia/Baku
  • Mixail Qaluzin: Cənubi Qafqazdakı problemləri “3+3” formatı ilə həll etmək olar

Rusiya XİN rəhbərinin müavini bildirib ki, Cənubi Qafqazdakı problemləri yalnız bölgə ölkələri, yəni “3+3” formatı həll edə bilər.

Mixail Qaluzin deyib: “Regiondan kənar oyunçuların cəlb edilməsi hər zaman və hər yerdə faciələrə səbəb olub”.

Qaluzin əlavə edib ki, Tbilisi formatda iştirak etməyəcəyi barədə bəyan etsə də, “Gürcüstan üçün qapı açıqdır”.

Regional formatın yaradılması təşəbbüsü ilə 2020 ildə Azərbaycan və Türkiyə prezidentləri çıxış edib. Moskva və Tehran ideyanı dəstəkləyib, daha sonra İrəvan da formata qoşulub.