KTMT-dən çıxıb çıxmamaq İrəvanın gündəmində:
Paşinyan: Biz Ermənistanın dövlət maraqları çərçivəsində qərar qəbul edəcəyik
Dek 18, 2023 13:03 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlardan birinin “Niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etmirlər, siyasi iradə yoxdurmu?” sualını cavablandırıb.
Armen-Pressin məlumatına əsasən, Paşinyan deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) faktiki hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan Respublikası qarşısında öhdəliklərinə cavab vermir. Siyasi iradə var və zərurətə uyğun şəkildə qərar veriləcək. Çünki KTMT-nin fəaliyyəti Ermənistanın maraqlarına uyğun deyil. Biz isə bu məsələni şəffaf şəkildə qaldırırıq”.
Onun sözlərinə görə, erməni tərəfi KTMT-ni tam başa düşmək və öz mövqeyini KTMT üçün başa düşülən etmək üçün son fürsətə qədər hər şeyi etmək istəyir.