Azərbaycan və Ermənistan sülhün bir addımlığında:
İrəvan Bakıdan yeni təkliflər aldı
Dek 26, 2023 11:58 Asia/Baku
Rəsmi İrəvan sülh müqaviləsi layihəsi ilə bağlı Bakıdan yeni təkliflər aldığını bildirir.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Təkliflərin təfərrüatı açıqlanmır.
Bəzi məlumatlara görə Azərbaycan tərəfinin təklifləri arasında sərhədlərin delimitasiyasının sülh müqaviləsi imzalanandan sonraya saxlanması ideyası xüsusi yer tutur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl bəyan edib ki, görüşlər 2024-cü ildə baş tutacaq. Sülh müqaviləsindən danışarkən başa düşmək lazımdır ki, bu, bütün problemlərin 100 faiz həlli demək deyil.