Əmir Abdullahian İrəvana rəsmi işgüzar səfər edib
Məlumata görə, İran xarici işlər naziri Əmir Abdullahian Ermənistanın dövlət rəsmiləri ilə görüşmək və qarşılıqlı məsləhətləşmələr aparmaq üçün İrəvana işgüzar səfərə gedib.
Qeyd edək ki, bu səfərdə aparılacaq danışıların əsas istiqaməti ikitərəfli əlaqələrinin müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsi yollarını araşdırmaq, həmçinin 3+3 mexanizmi çərçivəsində Cənubi Qafqaz regionunda mühüm məsələlər üzrə məsləhətləşmələr olacaqdır.Xatırladaq ki, ötən gecə İran xarici işlər naziri Qafqazda baş verən proseslər xüsusilə, Azərbaycan Respublikası ilə Ermənistan Respublika arasında sülhün bərqərar olması məsələsi ilə bağlı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.