Dek 30, 2023 12:11 Asia/Baku
  • Moskva Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa çalışır

Bir erməni ekspert iddia edib ki, Moskva Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa çalışır

Beynəlxalq ekspert Davit Karapetyan deyib ki, Moskva Qarabağ münaqişəsinin həllində monopoliyaya malik olduğunu göstərmək istəyir.

Daha əvvəl Rusiya XİN rəhbəri bəyan edib ki, Ermənistanın tez-tez Şimali Atlantika Alyansı ilə əməkdaşlığa başlaması Rusiyayı narahat etməyə bilməz.

Karapetyan bu məsələyə toxunaraq qeyd edib: “Biz gördük ki, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina sözün əsl mənasında Ermənistanın xarici siyasətini dəyişməli, Moskvadan uzaq durmalı olduğunu vurğuladı. Təbii ki, bu Ermənistan üçün təhlükəli oyun və macəradır. Lavrovun da sözlərindən belə bir təəssürat yaranır ki, Moskva iki ölkə liderlərinin danışıq platformasını yaradır və hardasa bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin açarının Moskvada olduğunun nümayişidir. Yəni, Qərb platformaları nə qədər tərəflərə kömək etməyə çalışsalar da, yekun qərarın verilməsində qalib gələn Moskva olacaq”.

Ekspert xatırladıb ki, bəyanatlara görə, sülh müqaviləsinin əksər bəndləri razılaşdırılıb, lakin heç bir sənəd imzalanmayıb. Üstəlik, saziş imzalansa belə, daha çox suallar doğuracaq, çünki bu, Ermənistan-Azərbaycan münasibətlərində əsas olan demarkasiya və delimitasiya məsələsini ehtiva etmir.

Onun fikrincə, Ermənistan tərəfi müəyyən güzəştlərlə daimi sülh istəyə bilər, lakin Əliyev öz ambisiyalarından əl çəkmək istəmir. Moskva isə münaqişənin dondurulmasına çalışır.