Yan 13, 2024 12:10 Asia/Baku
  • Marqara keçid məntəqəsi təmirdən sonra istifadəyə hazırdır

Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinin təmirdən sonra istifadəyə hazır olduğu bildirilir.

ARMENPRESS xəbər verir: Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara sərhəd-keçid məntəqəsi əsaslı təmirdən sonra istifadəyə hazırdır.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan bu barədə bildirib: “Sərnişin xidmətinin lazımi qaydada həyata keçirilməsi üçün texniki gömrük avadanlığı, pasport nəzarəti, sərhədçilər üçün bütün infrastrukturlar hazırdır”.

Xatırladaq ki, Türkiyə 1993-cü ildə Ermənistanla sərhədini bağlayıb.

2021-ci ildə Ermənistan və Türkiyə əlaqələri normallaşdırmağa hazır olduqlarını bəyan ediblər. 2022-ci ildə iki ölkə quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəlib.

2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan sərhədin tezliklə açılacağına ümid etdiyini bildirib.