Yan 15, 2024 15:09 Asia/Baku
  • Paşinyan onu aşkar edənə pul mükafatı vəd etdi

Ermənistanın baş naziri bəyan edib ki, “Zəngəzur dəhlizi” ilə bağlı danışıqları üçtərəfli bəyanata istinad edilərək ortaya atılır, halbuki orada bu barədə heç nə deyilmir.

10 noyabr bəyanatında “Zəngəzur dəhlizi” ifadəsini aşkar edənə pul mükafatı vəd edən Nikol Paşinyan deyib: “Azərbaycanda deyirlər ki, bəyanatda Zəngəzur dəhlizi də yer alıb və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin edəcək. Lakin heç bir yerdə yazılmayıb ki, Rusiya Federasiyası Ermənistan Respublikasının istənilən ərazisində hər hansı komunikasiyanın təhlükəsizliyini təmin etməlidir”.

10 noyabr bəyanatında kim “Zəngəzuri dəhlizi” ifadəsini taparsa, biz ona pul mükafatı vəd edirik”, – deyə Paşinyan vurğulayıb.