Yan 15, 2024 16:06 Asia/Baku
  • “Ermənistan öz suverenliyindən imtina edə bilməz”

Ermənstanın hakim Mülki Müqavilə Partiyasından olan deputat bildirib ki, Ermənistan sərhədlərin açıq olması, amma suverenliyini qorumaq üçün hər şeyi edir.

Mülki Müqavilə Partiyasından olan deputat Vaqarşak Arutyunyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan ərazisindən Naxçıvana ekstraterritorial dəhliz yaradılması tələbi ilə bağlı son bəyanatına münasibət bildirərkən deyib: “Ermənistan Respublikası heç bir halda öz suverenliyindən imtina edə bilməz, bu, bizim üçün prioritetdir”.

O əlavə edib ki, Ermənistan hökuməti sülh gündəmini irəli sürməyə davam etməlidir. "Biz bu yolda çoxsaylı çətinliklərlə üzləşə bilərik, bizi təxribata çəkməyə çalışacaqlar, sülh prosesinə mane olmağa çalışacaqlar, lakin siyasi baxımdan bu, prioritet məsələdir", - deyə deputat vurğulayıb.

Arutyunyan qeyd edib ki, Ermənistan hökuməti sülh gündəminin reallığa çevrilməsi üçün hər şeyi edəcək, sülh gündəliyindən kənara çıxmayacaq, lakin onun təkbaşına həyata keçirilməsi qeyri-mümkündür.

Deputat sonda bildirib: “Bizim istəyimiz Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini təhlükəsiz etməkdir. Bu yol çətin və bəlkə də ağrılı ola bilər. Amma biz bu addımları məqsədəuyğun şəkildə atmalıyıq”.