Yan 20, 2024 14:16 Asia/Baku
  • Paşinyan: Konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya lazımdır

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyaya ehtiyacın olduğunu bəyan edib.

Paşinyan bu məsələnin geniş müzakirəyə çıxarılmasını vacib sayıb.

O, yanvarın 19-da Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə bildirib ki, yeni konstitusiya daha geniş müzakirə obyektinə çevrilməlidir.

Hökumət başçısı parlament idarəetmə modelini respublika üçün ən uyğun və “demokratik istəkləri nəzərə alan” sistem adlandırıb.

Onun sözlərinə görə, ciddi dəyişikliklərə ehtiyac yoxdur.

Xatırladaq ki, Ermənistan konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib. 2015-ci ildə referendum yolu ilə konstitusiyaya dəyişikliklər həyata keçirilib.