Yan 20, 2024 14:21 Asia/Baku
  • Mirzoyan: Bakı Ermənistanın suverenliyinə meydan oxuyur

Ermənistanın xarici işlər naziri bildirib ki, Bakı öz ritorikası ilə Ermənistanın suverenliyinə meydan oxuyur və davamlı sülhə təhlükə yaradır.

Ararat Mirzoyan bu barədə yanvarın 19-da Zaqrebdə Xorvatiyanın xarici işlər naziri Qordan Radmanla birgə mətbuat konfransı zamanı deyib: “Azərbaycanın yüksək səviyyəli rəsmilərinin bəyanatları Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə və regionda davamlı sülh perspektivlərinə meydan oxumaqdan başqa bir şey deyil”.

Onun sözlərinə görə, sülh üçün sarsılmaz sadiqlik və davamlı həll yollarına həqiqi maraq lazımdır. Ermənistanın mövqeyi məlum prinsiplər və razılaşmalar əsasında mümkün həll yolları ilə bağlı çox aydındır. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır.

Ararat Mirzoyan sonra qeyd edib: “Sülh müqaviləsi, Alma-Ata Bəyannaməsinə uyğun olaraq və ən son və qanuni Sovet İttifaqı xəritələrinə əsaslanaraq həyata keçirilməli və delimitasiya prosesi bu əsasla təmin etməlidir”.

Erməni nazir həmçinin bildirib ki, bütün infrastruktur ölkələrin suverenliyinə və milli yurisdiksiyalarına uyğun olaraq bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun şəkildə açılmalıdır.

 

 

Teqlər