Qəzzədə dərhal atəşkəs bərqərar olmalıdır
Rusiya xarici işlər naziri bu gün səhər saatlarında BMT Təhlükəsizlik Şurasındakı çıxışında Qərbin Yəmənə qarşı hücumlarını pisləməklə bərabər deyibdir ki: Fələstin ölkəsinin yaradılması məsələsi təxirə düşməməlidir. Biz İsrail rejiminin ikidövlətli həll yolu barədəki ifadələrindən nigaranıq.
Sergey Lavrov Təhlükəsizlik Şurasından istəyibdir ki, Qəzzə zolağında təcili atəşkəsin bərqərarı üçün hərəkətə keçsin.
Fələstinlilər xarici müdaxilə olmadan öz gələcək ölkələrinin forması barədə qərar çıxarmalıdırlar- deyən Lavrov vurğulayıb: Fələstinlilərin icbari surətdə Qəzzədən didərgin salınmaları qəbuledilməzdir və İsrail rejimi ordusunun zorakılıqlarına son qoyulmalıdır!
Qəzzə zolağında fələstinlilərin sonist rejim tərəfindən kütləvi şəkildə qırğın edilmələrinin davam etdirilməsi üçün Amerikanın yaşıl işıq göstərməsinə işarə edən Rusiya xarici işlər naziri söyləyib: İsrail rejimi qərb sahilində fələstinlilərə hücum edib və işğal olunmuş Qüdsdəki müqəddəs məkanlara hörmətsizlik edir.
Lavrov Amerikanın ordusuz Fələstin ölkəsinin təşkili barədəki təklifinə reaksiyada deyib: Fələstinlilər öz müqəddəratlarını və demokratiyanın tələb etdiyi kimi, hansı kəsin onlara hökumətlik edəcəyini özləri təyin edəcəklər. İctimai mühəndislik adı altında iradənin qəbul etdirilməsi üzrə hər hansı səy qəbuledilməzdir.
O, sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlər haqda isə belə deyib: İsrail rejimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzzə zolağının şimalına dərmanın göndərilməsinin qarşısını aldı və Qəzzəyə qarşı hücumlarda BMT-nin 150-dən çox işçisini qətlə yetirdi.
Qərb ölkələrinin Yəmənə hücumlarını pisləyən Rusiya xarici işlər naziri onu beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdid adlandırıb. Qeyd edib ki, Amerika diplomatiyası beynəlxalq sülh üçün bir təhdiddir.